Yuxarı

Şuşanı işğal edən generaldan qorxu dolu açıqlama

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şuşanı işğal edən generaldan qorxu dolu açıqlama

Qarabağ müharibəsinin iştirakçısı Şuşanın işğalına rəhbərlik etmiş erməni general Arkadi Ter-Tadevesyan cəbhə xəttindəki gərginlikdən danışıb.

ANS-in məlumatına görə, o, Azərbaycanın cəbhədə üstün tərəf olduğunu bildirərək erməni mövqelərini təcili şəkildə gücləndirməyin vacibliyinə diqqət çəkib.

"Güclənmə təkcə əsgərlərin sayını artırmaqla bitmir. Texniki cəhətdən də güclənmək lazımdır. Bunu təcili etmək lazımdır", - deyə Arkadi Ter-Tadevesyan bildirib.

Qeyd edək ki, martın 19-da qoşunların təmas xəttində döyüş toqquşması baş verib. 20-dək erməni əsgəri məhv edilib və yaralanıb. Ermənistan rəsmi olaraq itkilərini gizlətsə də, erməni jurnalist və bloqqerlər bildirirlər ki, itkilər xeyli çoxdur. Qarabağda hospitallar yaralı əsgərlərlə doludur.

Onu da bildirək ki, müdafiə naziri Zakir Həsənov düşmənin son vaxtlar cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə törətdikləri təxribatlarla əlaqədar bildirib ki, özgə torpağına soxulan düşmənin sağ-salamat qalmasının yeganə yolu, işğal olunmuş Azərbaycan ərazilərini tezliklə və birdəfəlik tərk etməsidir. Əks təqdirdə düşmənin cəbhədəki hər bir hərəkətinin qarşısı hərbi qulluqçılarımız tərəfindən daha amansız alınacaq, vurulacaq zərbə isə ölümcül olacaq.

Tarix
2015.03.20 / 23:41
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla