Yuxarı

Alim Qasımov koronadan danışdı: Bakıdan çıxdım

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alim Qasımov koronadan danışdı: Bakıdan çıxdım

Xalq artisti Alim Qasımov karantin günlərini necə keçirməsindən danışıb.

Axar.az xəbər verir ki, xalq artisti Teleqraf.com-a açıqlamasında ailə üzvləri ilə Şamaxıda olduğunu deyib.

"Ailəmlə Şamaxıya gəlmişəm. Burada salamatçılıqdır, şükür Allaha, koronavirusa yoluxan yoxdur. Təmiz havada istirahət edirik", - o bildirib.

Alim Qasımov pandemiya dövründə insanları məsuliyyətli olmağa və qaydalara riayət etməyə səsləyib:

"Hamımız çoxlu dua etməliyik ki, bu bəla tezliklə keçsin. Allah xalqımızı qorusun. Bir az səbirli olaq. Deyilən qaydalara riayət edək. Bildiyimiz kimi spirt, maska və əlcəklə özümüzü və ailəmizi qoruya bilərik. Ümumiyyətlə, insalar özlərini və yaxınlarını qorumalıdırlar".

Xalq artisti onu da əlavə edib ki, yaxınları arasında koronavirusa yoluxan yoxdur:

"Allaha çox şükür olsun ki, qohum-əqraba arasında virusa yoluxan yoxdur".

Tarix
2020.07.01 / 23:39
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla