Yuxarı

Bəhram Bağırzadəni sevənlərə xoş xəbər

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəhram Bağırzadəni sevənlərə xoş xəbər

Əməkdar artist Bəhram Bağırzadənin ümumi vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Səhhəti stabildir və xəstə bir neçə gündür spontan tənəffüsdədir.

Bu fikirləri Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev Axar.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, bu gündən başlayaraq tənəffüsün fizioloji yolla, yəni burun və ağızdan alınması yoxlanılacaq: “Bir neçə dəfə yoxlamalar aparıldıqdan sonra süni tənəffüz aparatını çıxarmaq mümkün olacaq. Xəstə üzərində fizioterapektiv müalicə aparılır. O aktivdir, hətta ayağa qalxır. Bu gün səhər ailə üzvləri ilə telefonla danışıb”.

Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları təcili olaraq gecə konsilium keçirib və xəstənin ECMO cihazına qoşulmasına qərar vermişdi. Xəstənin ECMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi. Iyulun 2-də ECMO-dan ayrılıb.

B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Tarix
2020.07.18 / 13:20
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

İlham Əliyev BMT nümayəndəsini qəbul etdi - Foto

Saral istefasından yazdı: Şərəf duyduğum vəzifəm...

Ceyhun Bayramov Tom Berendsenlə görüşdü

Berendsen Azərbaycandan Ermənistana gedəcək

İlham Əliyev Tom Berendseni qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla