Yuxarı

Əfsanəvi futbolçu üzr istədi – Eşq skandalı

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əfsanəvi futbolçu üzr istədi – Eşq skandalı

"Mançester Yunayted" Futbol Klubunun əfsanəvi futbolçularından biri olan Ryan Qiqz bir müddət qardaşı arvadı ilə münasibət yaşadığına görə qardaşı Rhodri Qiqzdən üzr istəyib.

Axar.az xəbər verir ki, ingilis "Sun" qəzeti uzun illərdir danışmayan Qiqz qardaşlarının barışdığını iddia edib.

Qəzet skandal ortaya çıxandan 4 il sonra Ryan Qiqzin qardaşı Rhodriyə zəng vuraraq üzr istədiyini və beləliklə, sülh bağladıqlarını yazıb.

Qəzet "Forgive me" (Məni bağışla) sözünü Qiqz qardaşlarının soyadından istifadə edərək "ForGiggs me" başlığı ilə yayımlayıb.

Qeyd edək ki, 1990-2014-cu illər arasında "Mançester Yunayted"də forma geyib tarixi uğurlara imza atan Ryan Qiqzin qardaşı Rhodri Qiqzin həyat yoldaşı Nataşa ilə 8 il münasibətdə olduğu ortaya çıxanda İngiltərədə böyük səs-küy yaranmasına səbəb olmuşdu. Böyük qardaşına həddindən artıq hirsli olan Rhodri Qiqz İngilis mətbuatına verdiyi açıqlamada "Ryan Qiqz seks üçün ailəmi məhv etdi", - deyərək həyat yoldaşı Nataşa ilə də yollarını ayırmışdı.

Tarix
2015.04.10 / 13:37
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla