Yuxarı

MAXE-lərə qurban olum - Tolik təhqirini “izah” etdi

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
MAXE-lərə qurban olum - Tolik təhqirini “izah” etdi

Əslində, bu haqda açıqlama vermək istəmirdim, amma görürəm ki, videonu görənlər, bildi-bilmədi, fikir bildirirlər. Nəinki mənim, heç bir vətandaşın zəfərlə nəticələnən 44 günlük müharibəmizdən sonra əsgər, zabit və MAXE-mizə qarşı pis fikir bildirməyə haqqı çatmır.

Yenipress.az xəbər verir ki, bu sözləri prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə canlı yayımda müddətdən artıq xidmət edən hərbi qulluqçuları (MAXE) təhqir etməsi ilə bağlı yayılan video haqda İnstaqram hesabındakı “izahında” yazıb.

“Tik-Tok sosial şəbəkəsində öz hərbçi dostuna məni, ailəmi və rəhmətlik atamı söydürən MAXE Rəhmanla canlı yayımda söhbətim də olub. Dəfələrlə ona verdiyim suala cavab da tapa bilmədim, hər dəfə məni niyə söydüyünü soruşdum, amma yenə susdu.

Yayılmış videoya diqqətlə baxsanız, görünür ki, ona MAXE deyə müraciət edirəm və fikirlərimi əsəbi olsam da, yalnız ona bildirmişəm. İndi isə sizə sualım var, hansısa MAXE-nin və ya başqa peşə sahibinin sizin ailə üzvlərinə və ya rəhmətliklərinizə söyməyə haqqı var?!" – Tolik yazıb.

Tolik müharibədən sonra da şou-biznesdə qazilərlə sosial şəbəkədə canlı yayımlar edən yeganə şou-biznes nümayəndəsi olduğunu bildirib:

“Mən bu ölkənin şəhidinə, yaxşı əsgərinə, yaxşı zabitinə də qurban olum. Amma hansısa hərbi sahədə olan bir insan dünyadan köçmüş atamı nəyəsə görə təhqir etməməlidir. Mənim dilim kəsilər Azərbaycan əsgərinə, zabitinə, hərbi qulluqçusuna ümumi olaraq nəsə söz deyim. Ona görə də şərəfli, namuslu, torpaqlarımızı gecə-gündüz qoruyan zabit, əsgərlərimiz, MAXE-lərimizə canım qurban olsun, amma tərbiyəsizlərə yox".

Xatırladaq ki, MAXE-lərlə bağlı nalayiq fikirlər səsləndirən Tolik demişdi:

“MAXE kimdir ki, məni qorusun? MAXE dövlətin kəbinli arvadıdır. Aybaay maaş alır. Məni qoruyan mənim əsgərimdir. MAXE yataqxanada yatanda, mənim əsgərim postda dayanır”.

Tarix
2022.01.14 / 23:26
Müəllif
Nazlı Onur
Digər xəbərlər

İsveçrə səfirinə açıq məktub: Emin Hüseynov adlı birini...

Leyla Əliyevadan Albaniya səfəri ilə bağlı paylaşım - Video

Prezidentdən Sülh Şurasının iclası ilə bağlı paylaşım - Foto

İlham Əliyev Sülh Şurasının ilk iclasında iştirak etdi - Foto

Azərbaycan 7 milyard verən ölkələrdən biridir? - Hacıyev

ABŞ Sülh Şurasına 10 milyard dollar ayıracaq

Sülh Şurasının qətnaməsi qəbul edildi

Tramp Sülh Şurasında iştirak edən liderlərlə görüşdü - Video

Cənubi Qafqazda “sıxışdırılan” Rusiya niyə gileylənir?

Tramp açıqladı: Azərbaycan Sülh Şurasının büdcəsinə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla