Yuxarı

Xatirədən Oqtay Əliyevə şok sözlər...

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xatirədən Oqtay Əliyevə şok sözlər...

Müğənni Xatirə İslam prodüser Oqtay Əliyevin ünvanına xoşagəlməz sözlər deyib.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, Xatirə İslam həmkarı Natavan Həbibi ilə Oqtay Əliyeva arasında yaranan qalmaqala reaksiya göstərib.

O, Natavan Həbibinin müdafiəsinə qalxıb:

"Onu deyim ki, mən Oqtay Əliyevdən bu qaxıncı gözləmirdim, ən azından iki qız atası, gözəl ailə başçısı və bir baba kimi ona yaraşdırmadım. Boşanmaq Allahın qismətidir, heç kim sığortalanmayıb. 30 ilin ailəsi də dağıla bilər. Çox çətin zamana gəlmişik, hər şey dəyişib.

Sabah siz də boşana bilərsiniz, mən də boşana bilərəm. Deməli, ağzımızı açanda boşanmağı başımıza qaxınc edib, bizi qohum-əqrəba ilə yanında utandıracaqsınız. Bilirsiniz ki, bu ölkədə nə qədər boşanmış qadın var. Müğənni də adi insandır, o qadınlardan biridir, taleyində anlaşılmazlıqlar ola bilər və ayrılar. Bu hallara görə qorxudan boşana da bilmirik. Çünki müğənni boşandısa, günah ondadır. Bu minvalla da evdə, ailədə, bayırda olan hər şeyi ürəyimizə salıb, xəstəlik tapırıq. Demək olar ki, bütün sənət adamlarının xəstəliyi var".

Qeyd edək ki, müğənni Natavan Həbibinin televiziyadan qonorar tələb etməsi Oqtay Əliyevlə arasında qalmaqala səbəb olub. Oqtay Əliyev Natavan Həbibi haqqında "Gündə boşanır..." deyib.

Tarix
2022.02.10 / 23:45
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Rüstəmxanlı: Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla