Tanınmış idman şərhçisi Qaya Çilingiroğlu şəxsi
həyatından danışıb.
Axar.az xəbər verir ki, Q.Çilingiroğlu keçmiş həyat yoldaşı
Hülya Avşarı əsəbləşdirəcək açıqlamalar verib.
Gözəl qadınları çox sevdiyini deyən Qaya həyatındakı xanımların
övladları olduqdan sonra çox dəyişdiklərini və daha sevmədiyi
insana çevrildiklərini bildirib:
"Son iki evliliyimdə uşaq olduqdan sonra hər iki həyat yoldaşım
özünü buraxdı. Onlar ana olub ərlərini unutdular".
Qaya bir daha əsla evlənməyəcəyini bildirib: "Bir daha əsla
evlənmərəm! Hələ Hülya ilə heç vaxt. Düzdür, qızımız var. Ancaq Hülya ilə 3 gün yan-yana
dayana bilmərik".
Qeyd edək ki, Q.Çilingiroğlu H.Avşardan ayrıldıqdan sonra Fərayə
Tanyolaçla evlənib, bu nikahdan bir oğlu dünyaya gəlib. Cütlük daha
sonra boşanıb.