Yuxarı

Yol polisi Rəqsanəni cəzalandırdı

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov müğənni Rəqsanə İsmayılovanın qızı haqqında yeni açıqlama verib.

"Axar.az" "Axşam.az" istinadən xəbər verir ki, "Günəbaxan" verilişinə qonaq olan V.Əsədov gənc qızın məlum açıqlamasını yol polisinin fəaliyyətinə zərbə vurmaq kimi qiymətləndirməyib:

"Mənim əlimdə Aysun İsmayılova ilə bağlı bir sübut yoxdur ki, ona cəza kəsim. Xanımın bu ifadələri yol polisinin fəaliyyətinə zərbə vurmaq deyil. Biz bunu kiçik yaşlı qızın anası ilə öyünməsi halı kimi qiymətləndiririk. Bu cür səhvlərin bir də təkrarlanmayacağına inanırıq".

DYP rəsmisi həmçinin bildirib ki, R.İsmayılova son vaxtlar bəzi yol hərəkət qaydalarında pozuntulara yol verib:

"Buna görə də onun sürücülük vəsiqəsi məhdudlaşdırılıb".

Xatırladaq ki, bir müddət öncə müğənninin qızı "Polis avtomobilimi saxlayanda, anamın adını verirəm və buraxırlar" sözlərini demişdi.

Tarix
2014.02.04 / 14:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla