Yuxarı

"İlhaməni sənətkar hesab etmirəm"

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
"İlhaməni sənətkar hesab etmirəm"

Millət vəkili Etibar Hüseynovun Xalq artistləri Flora Kərimova və İlhamə Quliyevaya müraciət edib, onları barışığa çağırmasına qarşı tərəflərin birindən cavab gəlib.

Bu barədə danışan Flora Kərimova millət vəkilinin bu missiyası üçün ona təşəkkür edib:

"Etibar Hüseynova çox sağ ol deyirəm ki, barışığa çağırıb. Alla Puqaçova ilə Sofiya Rotaru arasındakı münasibətlə bizim münasibətimizi müqayisə edib. Lakin onlar sənətkar idi. Mən İlhaməni sənətkar hesab etmirəm. İfa etdiyi mahnıların sözləri və musiqisi gözəldir, lakin ifa tərzi haqqında bunu deyə biləmərəm. Mənimlə İlhaməni bir sıraya qoymaq özü bir səhvdir. Mən bu fikirlərlə qəti razı deyiləm. Etibar müəllimin sənətdən az-çox başı çıxır. Onunla münasibətimiz olub, söhbətlərimiz olub. İstəməzdim ki, ondan belə bir təklif eşidim. Bu bəsit fikirdir. Mənim onunla bir masada oturmağım çox təəccüblü olar, nəinki barışmağım".

Barışığın imkansız olduğunu söyləyən Xalq artisti İlhamə Quliyevanın sənətdəki yerindən də danışıb:

"Azərbaycan mədəniyyəti, incəsənəti İlhaməsiz də keçinər. Azərbaycan incəsənətinin onun təqdimatına və təbliğatına ehtiyacı yoxdur. İlhamə Quliyevanın Azərbaycan musiqi tarixində qalası bir dənə də ifası yoxdur. Təbii ki, məndən fərqli olaraq" ("Show.az").

Tarix
2014.02.20 / 01:30
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla