Yuxarı

Oksana Hindistandan qayıtdı: “Kaş...”

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oksana Hindistandan qayıtdı: “Kaş...”

Hindistandan yeni qayıdan rəqqasə Oksana Rəsulova pərəstişkarları ilə görüşüb.

Bol-bol foto çəkdirib avtoqraf paylayan rəqqasənin görüşünə fanatları ilə yanaşı tələbələri və media nümayəndələri də gəlib.

Axar.az xəbər verir ki, təəssüratlarını Musavat.com-a bölüşən rəqqasə Azərbaycan üçün çox darıxdığını deyib:

"Hindistandan yeni qayıtmışam, vətənim üçün çox darıxmışam. Orada olanda pərəstişkarlarım tez-tez mənimlə maraqlanırdı. Onlar məni sevir və dəyər verirlər. Mən də onlara qarşı eyni hisləri bəsləyirəm. Ona görə vətənə qayıdan kimi görüşmək qərarına gəldim. Mən fanatlarımla 2-3 ay fasilələrlə bir yerə toplaşırıq, söhbət edib foto çəkdiririk. İnsanlarla ünsiyyətdə olmağı sevirəm, təkəbbürlü insan deyiləm. Hərdən fikirləşirəm ki, kaş, təkəbbürlü olaydım. Bəlkə o zaman hər şey fərqli olardı. Amma mən elə şeyləri bacarmıram. İnsanlara xoş niyyətlə, sevgi ilə yanaşıram. əvəzini də artıqlaması ilə görürəm, bu mənə hər şeydən vacibdir".

Oksana vaxt azlığından da şikayət edib: "Hindistanda yeni filmin hazırlıqları başlayıb. Çox gözəl obrazım var. Hazırda digər işlər görüldüyü üçün bizə bir aylıq icazə veriblər. Mən də Azərbaycana gəldim. Lakin bütün günü çəkilişdəyəm. Vaxt çatdırmıram".

Tarix
2016.05.30 / 01:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla