Yuxarı

Mən karantində deyiləm – Vilayət Quliyev

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mən karantində deyiləm – Vilayət Quliyev

Yaradıcı insanlar üçün hətta hökumət elan etməsə də, daxili karantin həmişə mövcuddur. Deyək ki, çox gözəl hava var, yaxud dostlar səni harasa dəvət edirlər. Amma əlində yarımçıq işin var. Hansısa yazını bitirməlisən, hansısa kitabı hazırlayıb çatdırmalısan. Aydın məsələdir ki, belə hallarda özünə karantin tətbiq etməkdən başqa çıxış yolu qalmır. İstəməsən də evdə, yazı masası arxasında oturmalı olursan.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycanın Macarıstandakı səfiri, professor Vilayət Quliyev Publika.az-a geniş müsahibəsində deyib.

O bildirib ki, hazırda karantində deyil: “Həftədə azı üç dəfə səfirliyə gedirəm. Təbii ki, bunu qəhrəmanlıq saymıram. Sadəcə elə məsələlər ortaya çıxır ki, işdə olmağım zərurətə çevrilir. Bəlkə psixoloji amil də az rol oynamır. Axı dünyanın hansı guşəsində yerləşməyindən asılı olmayaraq, səfirliyin ərazisi eksterritorialdır. Yəni olduğun ölkənin deyil, sənin vətəninin bir parçasıdır. Və iş yerinə gələndə özünü sanki vətənində hiss edirsən”.

V.Quliyev deyib ki, xidməti işlərindən başqa eyni zamanda bir neçə kitab və tərcümə üzərində işləyir.

“Amma evdə oturmağın açdığı müəyyən imkanlara baxmayaraq həm Azərbaycanda, həm də dünyanın digər ölkələrində insanların koronavirus fəlakətini arxada qoyaraq türk qardaşlarımız demiş bir an öncə normal həyatlarına qayıtmalarını istəyirəm”, - səfir bildirib.

Tarix
2020.04.21 / 23:20
Müəllif
Axar.az
Digər xəbərlər

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla