Yuxarı

Kraliçaya yalan danışmamışam - Boris Conson

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın baş naziri Boris Conson parlamentin fəaliyyətini dayandırmağın səbəbilə bağlı kraliça II Elizabetə yalan danışdığını təkzib edib.

Report xəbər verir ki, bundan əvvəl parlamentin fəaliyyətini 10 sentyabr - 14 oktyabr dövrünə dayandırmaq üçün kraliçanın razılığını alan baş nazir bunu hökumətin yeni gündəliyi hazırlaması, daxili siyasət proqramını həyata keçirməyə başlaması ilə əsaslandırmışdı. Parlament isə hökumət başçısını sazişsiz Breksitə nail olmağa çalışaraq müvafiq sənəd və məlumatları gizlətməkdə, habelə parlamentin fəaliyyətini dayandırmaq üçün kraliçanın razılığını almaq məqsədilə ona yalan danışmaqda ittiham edib.

Sentyabrın 11-də Şotlandiyanın ali mülki məhkəmə instansiyası olan Edinburq Sessiya Məhkəməsi parlamentin fəaliyyətini dayandırmağın qanunsuz olmasına dair qətnamə çıxarıb və baş nazir B.Consonun sazişsiz Breksit siyasətini davam etdirərək parlamenti bu məsələdən kənarlaşdırmağa çalışdığını bildirib.

Hökumət Edinburq məhkəməsinin qərarından narazı qaldıqlarını, Ali Məhkəməyə apellasiya verəcəklərini açıqlayıb.

Kraliçaya yalan danışıb-danışmadığı barədə jurnalistin sualına cavab verən B.Conson deyib: “Əsla. İngiltərə məhkəməsinin bizmlə razılaşdığı göz qabağındadır, indi söz Ali Məhkəmənindir. Bizə kraliçanın nitqi lazımdır, biz irəli gedərək milli səviyyədə bütün işləri görməliyik...”

Kraliça II Elizabet tərəfindən hökumətin fəaliyyət proqramına dair nitqi oktyabrın 14-nə nəzərdə tutulur. Oktyabrın 31-də isə Böyük Britaniya Avropa İttifaqı üzvlüyündən çıxır.

Tarix
2019.09.12 / 17:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla