Yuxarı

Yıldırım: “Rusiya əzəli qonşumuzdur”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yıldırım: “Rusiya əzəli qonşumuzdur”

Rusiya bizim əzəli qonşumuzdur. Bu səbəbdən əlaqələrimizin müvəqqəti pozulmasını heç birimiz istəmirik.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım Rusiya ilə münasibətlərin yumşalmasını şərh edərkən deyib.

Baş nazirin sözlərinə görə, yaxın gələcəkdə Türkiyə digər qonşuları ilə də əməkdaşlığı artırmağa çalışacaq:

"Əslində bu, gözlənilən idi. Hər iki dövlətin nə qədər səmimi olduğunu, nə qədər xalqların milli maraqlarına bağlı olduğunu bir daha gördük. Rusiya bizim əzəli qonşumuzdur. Bu səbəbdən əlaqələrimizin müvəqqəti pozulmasını heç birimiz istəmirik. O günlər artıq geridə qaldı.

Aralıq dənizi və Qara dəniz ətrafında olan bütün ölkələrlə dost, qardaş olmaq, onlarla ticarəti, əməkdaşlığı artırmaq, turizmi inkişaf etdirmək və qarşılıqlı investisiyaları artırmaq əsas hədəfimiz olacaq. Bunun üçün də dayanmadan çalışırıq. Ümid edirəm ki, başqa ölkələrlə də önümüzdəki günlərdə əlaqələrimiz fərqli məcrada inkişaf edəcək".

Tarix
2016.07.03 / 19:07
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla