Yuxarı

“RİA Novosti Azərbaycan”da ixtisarlar olacaq?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“RİA Novosti Azərbaycan”da ixtisarlar olacaq?

RİA Novostinin ştatda olmayan jurnalistləri işdən qovulacaq.

"Axar.az" xəbər verir ki, bu informasiyanı rus mətbuatı agentlikdəki etibarlı mənbələrinə istinadən yayıb.

Mətbuat martın 3-dən etibarən yeni qərarın qüvvəyə minəcəyini bildirib. Tam ştatda çalışan işçilərin də yavaş-yavaş "RİA Novosti"dən qovulacağı qeyd edilib. İşdən çıxarılan jurnalistlərin hər birinə isə kompensasiya veriləcək. Agentliyin RİA Novosti – "Moskva", "Podmosvkoviya", "Nedvijimosti" layihələrinin də bağlanacağı nəzərdə tutulub.

"RİA Novosti Azərbaycan"da çalışan, adının çəkilməsini istəməyən həmkarımız isə həqiqətən belə bir fikrin olduğunu, lakin bunun xarici ofislərə təsir etməyəcəyini bildirib: "Doğrudur, RİA Novostidə ixtisarlar olacaq, amma bunun Azərbaycan ofisinə təsiri müşahidə olunmayacaq. Bu bir neçə ay öncə bəlli idi. Bu məqamda xarici ofislərə daha çox qüvvənin verilməsi nəzərdə tutulub".

Qeyd edək ki, bir müddət öncə RİA Novostinin əsasında yaradılmış "Rosiya Seqodnya" agentliyinin direktoru Dmitri Kiselev ştatın qorunub saxlanacağı ilə bağlı çıxış etmişdi.

Tarix
2014.02.25 / 18:59
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla