Yuxarı

Ukrayna üçün xüsusi mexanizm: Yardım etmək istəyən...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna üçün xüsusi mexanizm: Yardım etmək istəyən...

ABŞ və NATO üzrə müttəfiqlər Avropa ölkələrinin Ukraynaya Amerika silahlarının alışı və tədarükünü maliyyələşdirmək üçün pulları xüsusi ABŞ fonduna köçürməsinə imkan verəcək sxem hazırlayırlar.

Axar.az “Röyters”ə istinadən xəbər verir ki, bu mexanizm PURL (Priority Ukraine Requirements List – Ukrayna üçün Prioritet Tələblər Siyahısı) adlanır.

Qeyd olunur ki, proses belə başlayacaq: Kiyev ən prioritet silahların siyahısını təxminən 500 milyon dollarlıq paketlərlə hazırlayacaq. Əgər hansısa Avropa ölkəsi bu siyahıdan Ukraynaya nəsə ötürməyə hazırdırsa, həmin ölkə ABŞ-dan eyni analoqu almaq üçün uzunmüddətli silah təchizatı təsdiqləmə prosedurlarını keçmədən sifariş verə biləcək, lakin ödənişi əvvəlcədən ödəməlidir.

Bundan başqa, Avropa ölkələri müvafiq məhsulları birbaşa ABŞ-dan və ya NATO vasitəsilə də sifariş edə biləcəklər. Bu isə uzunmüddətli prosedurları kənara qoyaraq, tədarükləri və müttəfiqlərin ehtiyatlarının doldurulmasını sürətləndirməyə imkan verəcək. Artıq belə paketlərdən biri müzakirə olunur.

Nəşr yazır ki, müttəfiqlər bu üsulla Ukraynaya 10 milyard dollarlıq silah göndərməyi hədəfləyirlər. Onlar bu məqsədi iddialı adlandırırlar, lakin onun həyata keçmə müddəti açıqlanmayıb.

Vacib məqam odur ki, təşəbbüs ABŞ ehtiyatlarından təcili tədarük proqramı (Presidential Drawdown Authority) ilə paralel şəkildə həyata keçirilir.

Tarix
2025.08.02 / 08:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla