Yuxarı

Nazirlikdə Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Nizami Kino Mərkəzində Ədliyyə Nazirliyi əməkdaşlarının iştirakı ilə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Axar.az"a verilən məlumata görə, Azərbaycanın Milli Qəhrəmanı, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev tədbiri açaraq, mərasimin Azərbaycanın ədliyyə naziri, birinci dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun təşəbbüsü və rəhbərliyi ilə ədliyyə orqanlarında Xocalı soyqırımının ildönümü ilə bağlı keçirilən silsilə tədbirlərdən biri olduğunu vurğulayıb, tarix boyu Azərbaycan torpaqlarına göz dikmiş erməni millətçilərinin öz məkrli niyyətlərinə nail olmaq üçün insanlığa sığmayan cinayətlər törətdiklərini xatırladıb.

Xocalı faciəsi qurbanlarının əziz xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilib.

Nazir müavini qeyd edib ki, 1992-ci ilin fevral ayında erməni faşistləri növbəti cinayətlərini Azərbaycanın ən qədim tarixə malik olan Xocalı şəhərində həyata keçiriblər. Dinc mülki əhalinin - qadınların, qocaların və uşaqların qətlə yetirilməsi və meyidlərin təhqir olunması ermənilərin əsl quldur simasını büruzə verib. Yalnız 1993-cü ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra erməni işğalının qarşısı alınıb və beynəlxalq vasitəçilərin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin həll olunması prosesinə başlanılıb. Bildirilib ki, bu gün Xocalı faciəsini Ermənistanın azərbaycanlılara qarşı törətdiyi soyqırım kimi dünya birliyində tanıdılması istiqamətində böyük işlər aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan edilən "Xocalıya ədalət!" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası da bu siyasi kursun həyata keçirilməsində, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında uzaqgörənliklə düşünülmüş uğurlu bir strategiyadır. "Xocalıya ədalət!" əslində "Azərbaycana ədalət!" deməkdir. Bu kampaniyaya qoşulmaq isə Vətənini, xalqını sevən hər bir azərbaycanlının borcudur.

Azərbaycan xalqı ərazi bütövlüyünün təmin olunması üçün bütün imkanlardan istifadə etmək, o cümlədən torpaqlarının güc yolu ilə geri qaytarılması hüququnu özündə saxlayır. Dövlətimiz lazım gəldikdə bu hüquqdan istifadə edəcək. Buna hüquq normaları, BMT, ATƏT və digər təşkilatların qətnamələri, müstəqil Azərbaycanın iqtisadi gücü və möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi imkan verir.

Tədbirdə "Xocalı soyqırımı"na həsr olumuş "Xoca" bədii filmi nümayiş etdirilib. Anım mərasiminə dəvət edilmiş ANS Şirkətlər Qrupunun vitse-prezidenti, filmin baş prodüsseri Mirşahin Ağayev "Xoca" filmi barədə tədbir iştirakçılarına maraqlı məlumatlar verib, filmin kino tariximizdəki rolundan bəhs edib.

Tarix
2014.02.25 / 19:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla