Yuxarı

Eks-məmurların evlərinə basqın edildi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna büdcəsinin ən ağır vaxtlarından birini yaşadığı bir vaxtda, ardı-ardına ölkənin artıq keçmiş rəsmi şəxslərinin evlərinə fəalların hücumları olub.

Ukraynada sağçı qruplaşmaya daxil olan fəallar ölkənin keçmiş baş prokuroru Viktor Pşonkanın villasını nəzarət altına alıb. "Euronews" telekanalının məlumatına görə, keçmiş prokurorun evi dəbdəbəli olması ilə diqqət çəkir. Burada bahalı rəsm əsərləri, qızıl heykəlciklər və digər əşyalar yer alıb. Villanın ilk şəkilləri mətbuatda yer alandan sonra bura Ukraynanın digər şəhərlərindən də insanlar gəlməyə başlayıb. Hazırda keçmiş baş prokurorun harada olması məlum deyil.

Bir neçə gün əvvəl etirazçılar Ukraynanın hazırda yoxa çıxmış keçmiş prezidenti Viktor Yanukoviçin də iqamətgahlarından birinə girərək, oranın şəkillərini çəkib hər kəsə nümayiş etdirmişdilər. Bir vaxtlar öz evini hər kəsə bəh-bəhnən nümayiş etdirən Yanukoviçin evində ən çox diqqət çəkən qızıldan hazırlanmaş əşyalar və nə qədər də qeyri adi də olsa çörək idi.

Ukrayna parlamentinin binası üzərində olan keçmiş Sovet İttifaqının ulduzu etirazçılar tərəfindən çıxarılıb. Ulduzun çıxarılması barədə qərar Ali Radanın dünənki iclasında verilmişdi. Müxalifət, Sovet İttifaqının ulduzunun Ukrayna parlamentinin binası üzərindən çıxarılmasını Avropa Birliyi ilə Rusiya arasında soyuq müharibəyə çevrilmiş etirazların rəmzi hesab edir. (ANS)

Tarix
2014.02.25 / 19:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident onu nazir müavini təyin etdi

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla