Yuxarı

İsrail və Misir arasında 35 milyardlıq saziş…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail və Misir arasında 35 milyardlıq saziş…

İsrail və Misir arasında 2040-cı ilə qədər təbii qaz tədarükünə dair 35 milyard dollar dəyərində ixrac müqaviləsi imzalanıb.

Axar.az Teleqraf-a xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisində müşavir olan Dmitri Hendelman məlumat verib.

Onun sözlərinə görə, bu müqavilə İsrailin tarixində imzalanmış ən böyük ixrac sazişidir. Razılaşmaya əsasən, "NewMed Energy" şirkəti "Leviafan" yatağından Misirə ümumilikdə 130 milyard kubmetr təbii qaz ixrac edəcək.

Tədarük iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə, artıq bu ildən başlayaraq, Misirə təxminən 20 milyard kubmetr qaz göndəriləcək. İkinci mərhələ isə Leviafan qaz hasilatı platformasının genişləndirilməsi başa çatdıqdan sonra başlayacaq və əlavə 110 milyard kubmetr qazın ixracını əhatə edəcək.

Müşavirin sözlərinə görə, bu razılaşma iki ölkə arasında tərəfdaşlığı daha da möhkəmləndirəcək və ən azı 2064-cü ilə qədər uzunmüddətli enerji infrastrukturunun əsasını qoyacaq. Müqavilə, eyni zamanda, Misirin mayeləşdirilmiş qaz zavodunun modernləşdirilməsini də əhatə edir.

Hendelman bildirib ki, "Leviafan" qaz yatağının 600 milyard kubmetr həcmində təbii qaz ehtiyatına malik olması İsrailin regional enerji bazarında əsas və etibarlı oyunçu kimi mövqeyini möhkəmləndirir.

Ərəb tərəfdaşlarla iqtisadi əlaqələrin inkişafına və Şərqi Aralıq dənizində sabitliyin təmininə töhfə verir.

Tarix
2025.08.07 / 17:39
Müəllif
Axar.az
Digər xəbərlər

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

Prezident İƏT-in yeni baş katibinə təbrik ünvanladı

Köçəryanın vətəndaşı olduğu ölkələrə xəyanəti – Video

İran Bakıda işləmiş diplomatını Qafana göndərdi

Rusiyadakı azərbaycanlıların nəzərinə - Putin tapşırıq verdi

İlham Əliyev Qaradağda... - Foto

Nazir Azərbaycanın yardımları ilə bağlı maraqlı faktı açıqladı

"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla