Yuxarı

Ukrayna üçün Koreya ssenarisi... - Bolton açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna üçün Koreya ssenarisi... - Bolton açıqladı

15 avqustda Alyaskada 2019-cu ildən bəri ilk dəfə ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında təkbətək görüş baş tutacaq. Təcrübə onu göstərir ki, belə görüşlərə Tramp adətən hazırlıqsız gəlir. Putin isə əksinə, həmişə ciddi şəkildə hazırlaşır.

Axar.az xəbər verir ki, bu sözləri "Telegrаf" qəzetinə verdiyi müsahibədə Trampın birinci administrasiyasında ABŞ prezidentinin müşaviri olmuş Con Bolton bildirib.

Bolton qeyd edib ki, Tramp belə görüşlərə sadəcə "fikir mübadiləsi" kimi baxıb, danışıqlar aparmayacağını düşünə bilər. Lakin əslində bu reallıqda eynidir və danışıqlardır. Həmçinin Putin Ukraynada atəşkəsə razılıq verə bilər. Amma əsas məsələ hansı şərtlərlə razılıq verməsidir.

"Əgər atəşkəs mövcud təmas xətti boyunca baş verərsə və sonra danışıqlar başlayarsa, bu, Ukrayna və Rusiya arasında yeni sərhədə çevrilə bilər. 1953-cü ildə Koreya müharibəsində atəşkəs danışıqlarından sonra olduğu kimi... O vaxtdan bəri bu, Şimali və Cənubi Koreya arasında sərhəd olaraq qalır.

Aydındır ki, Ukrayna üçün bu, yaxşı nəticə olmayacaq", – deyə Bolton fikirlərini bölüşüb.

Tarix
2025.08.15 / 08:00
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla