Yuxarı

ABŞ və Rusiya bunu müzakirə edib: Enerji razılaşmaları...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ və Rusiya bunu müzakirə edib: Enerji razılaşmaları...

ABŞ və Rusiya rəsmiləri bu ay keçirilən Ukrayna üzrə sülh danışıqları çərçivəsində bir sıra enerji razılaşmaları barədə müzakirələr aparıb.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” etibarlı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, bu enerji razılaşmaları Kremlin sülhə razı salınması və ABŞ-ın Rusiyaya qarşı sanksiyaları yumşaltması üçün təşviq kimi irəli sürülüb. Danışıqlar ABŞ nümayəndəsi Stiven Uitkoffun Moskvaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putin və onun nümayəndəsi Kirill Dmitriyevlə görüşündə aparılıb. Bu məsələlər Ağ Evdə ABŞ Prezidenti Donald Trampla da müzakirə olunub.

Müzakirələrdə “Exxon Mobil” şirkətininin Rusiyanın “Saxalin-1” neft-qaz layihəsinə qayıtması ehtimalı gündəmə gəlib. Həmçinin, Rusiyanın “Arktik LNG 2” layihəsi üçün ABŞ-dan avadanlıq alması məsələsi də qaldırılıb. Digər bir təklif isə ABŞ-ın Rusiyadan nüvə enerjisi ilə işləyən buzqıran gəmilər alması olub.

Məlumatda qeyd olunub ki, “Exxon” 2022-ci ildə Rusiyadakı fəaliyyətini dayandırmışdı. “Arktik LNG 2” layihəsi isə Qərbin sanksiyalarına baxmayaraq, bu il az da olsa istehsala başlayıb. ABŞ Rusiyanın bu layihələrdə Çin texnologiyasından deyil, Amerika avadanlığından istifadə etməsini istəyir.

Avqustun 15-də keçirilən Alyaska sammitində də bu razılaşmalar qısa şəkildə müzakirə olunub. Həmin gün Putin xarici investorların “Saxalin-1” layihəsində paylarını geri almağa imkan verən fərman imzalayıb.

Tarix
2025.08.26 / 13:17
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Azərbaycan Qəzza sammitinə dəvət aldı

Bu rayonun kəndlərində elektrik olmayacaq

Yaşar Gülər Kərim Vəliyevlə birgə təlimi izlədi - Video

Azərbaycan hərbçiləri Özbəkistana yola düşdü

İlham Əliyev və Putin bu planlara imkan vermədi - Arkov

Bakıda mühüm üçtərəfli görüş: Müqavilə...

Bayramov Fidanla danışdı: Qəzza razılaşması...

Azərbaycan bu prinsiplərinə sadiqdir - Deputat

TRİPP Zəngəzuru Azərbaycana bağlayacaq - Zurabyan

Azərbaycan və Pakistan XİN başçıları telefonla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla