Yuxarı

Britaniya tarixində ikinci hadisə - “Dəmir Ledi” qayıtdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Britaniya tarixində ikinci hadisə - “Dəmir Ledi” qayıtdı

Britaniyanın yeni baş nazirinin adı məlum olub.

Axar.az xəbər verir ki, Andrea Ledsom mübarizədən imtina etdikdən sonra Daxili İşlər naziri Tereza Mey ölkənin yeni baş naziri olacaq.

Ledsom bu gün paytaxt Londonda etdiyi çıxışında 59 yaşlı xanım Meyin ölkənin AB-dən çıxışını təmin edəcək ideal lider olduğunu deyib.

İngiltərə mətbuatı Ledsomun geri çəkilməsi ilə Mühafizəkarlar Partiyasından tək namizəd qalan Tereza Meyin sentyabra qədər baş nazir kreslosuna oturacağını bildirib.

İntizamı və sərt siyasəti ilə Marqaret Tetçerə bənzədilən Mey ölkədə "yeni Dəmir Ledi" ləqəbi ilə tanınır.

Tereza Mey kimdir?

Keşiş qızı olan Mey Oksford Universitetini bitirib. 2010-cu ildə bəri Daxili İşlər naziri olan xanım siyasətçi 1997-ci ildə millət vəkili seçilib.

1977-1983-ci illərdə İngiltərə Mərkəz Bankında çalışan Mey siyasətə 1986-cı ildə Merton bələdiyyəsində məclis üzvü kimi başlayıb. 1992-ci ildə keçirilən parlament seçkilərində və 1994-cü ildə keçirilən bələdiyyə seçkilərində uğur qazana bilməyən Mey 1999-cu ildə ana müxalifətdə olan Mühafizəkarlar Partiyasının kölgə kabinetində Təhsil naziri olub. O, 2002-ci ildə Mühafizəkarlar Partiyasının ilk qadın başçısı seçilib.

Mey referendumdan öncə Britaniyanın AB-də qalmasının tərəfdarı olub.

Tarix
2016.07.11 / 16:22
Müəllif
Hacı Qulu
Digər xəbərlər

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla