Yuxarı

ABŞ başqa ölkələrin peyklərini izləyəcək - Sensasiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ başqa ölkələrin peyklərini izləyəcək - Sensasiya

ABŞ Hərbi Hava Qüvvələri (HHQ) orbitə digər kosmik aparatları izləyəcək iki peyk çıxaracaq.

"Axar.az" Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, "Defens Nyus" nəşrinin informasiyasına görə, bu barədə ABŞ HHQ Kosmik Komandanlığının rəisi Uilyam Şelton məlumat verib. Orbitə peyklərin çıxarılması "GSAP" (Geosynchronous Space Situational Awareness Program) proqramı çərçivəsində həyata keçiriləcək.

Proqram çərçivəsində buraxılan peyklər elektron-optik sensorlarla təchiz edilməklə geosinxron orbitdə yerləşəcək. Sistemin üstünlüyü əlverişsiz meteoroloji şəraitdə Yer kürəsi səthindən müşahidəni qeyri-mümkün edən digər kosmik aparatları izləməkdən ibarətdir.

Peyklərdən alınan məlumatlar ABŞ kosmik aparatları üçün digər ölkələrə məxsus peyklərin və kosmik "zibil"lərin törədə biləcəyi təhlükənin müəyyənləşdirilməsində istifadə ediləcək. "Orbital Sciences" şirkəti tərəfindən hazırlanan "GSAP" peyklərini "Delta IV" raketdaşıyıcısı ilə Kanaveral kosmik stansiyasından buraxılması nəzərdə tutulur. Kosmik aparatların orbitə nə vaxt çıxarılacağı barədə məlumat verilmir.

Tarix
2014.02.26 / 15:24
Müəllif
Natiq Azəri
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla