Yuxarı

Zəngəzur dəhlizi ilə bağlı konkret heç nə yoxdur - Fidan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəngəzur dəhlizi ilə bağlı konkret heç nə yoxdur - Fidan

Ermənistanla Azərbaycan arasında əldə olunan bir sıra razılaşmalar, həmçinin Azərbaycanla ABŞ arasında razılaşma region üçün çox müsbət mənzərə yaradıb.

Axar.az-ın Report-a istinadən məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "TGRT Haber"ə müsahibəsində bildirib.

Nazir deyib ki, Vaşinqton görüşü və razılaşmalarla bağlı Azərbaycan tərəfi Türkiyə ilə məsləhətləşmələr də aparıb.

Zəngəzur dəhlizi ilə bağlı həm Türkiyə Prezidentinin, həm Türkiyənin mövqeyinin qarşılıqlı etimada əsaslandığını deyən nazir bu mövzuda Azərbaycanla sıx əməkdaşlığın olduğunu qeyd edib:

"Hazırda Zəngəzur dəhlizi ilə bağlı konkret heç nə yoxdur. Nə baş verəcəyi, vəziyyətin necə idarə olunacağı məsələlərini tərəflər öz aralarında müzakirə edəcəklər. Prezidentimizin və bizim tutduğumuz mövqe isə etimada əsaslanır. Biz azərbaycanlı qardaş və bacılarımıza güvənirik. Başda Cənab Əliyev olmaqla, Azərbaycandakı məsul şəxslər bacarıqlı insanlardır".

Hakan Fidan Ermənistanın Baş naziri Nikol Paşinyanın bu məsələdə son mövqeyini də təqdir edib:

"Paşinyanın siyasi riskə getməsi də təqdirəlayiqdir".

Tarix
2025.08.29 / 00:12
Müəllif
Axar.az
Digər xəbərlər

İranda hakimiyyətə Səfəvilər sülaləsi gəlsin - Buşun müavini

Prezidentdən bu nazirlə bağlı sərəncam

Zərbə hazırlıqları başladı - Arakçının zəngi nəyi dəyişəcək?

Fuad Qəhrəmanlı DTX-yə çağırıldı, məlum oldu ki...

Azərbaycanda bu 8 dövlət qurumu ləğv edildi

Solovyovun it kimi hürməsi... - Rubinyan

Bu ölkə səfirləri İran XİN-ə çağırıldı

Xameneiyə xatırlatma: Şah da etirazları qanla yatırmışdı

Bakı İsraildəki bu layihəyə 270 milyon yatıra bilər

Ququşdan iranlılara Pəhləvi ilə bağlı çağırış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla