Yuxarı

HƏMAS imtina etsə, Qəzza işğal olunmalıdır - Smotriç

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
HƏMAS imtina etsə, Qəzza işğal olunmalıdır - Smotriç

Əgər HƏMAS silahlarını təhvil verməkdən imtina edərsə, hökumət Qəzzanı ilhaq etməyə başlamalıdır.

Axar.az xəbər verir ki, bu sözləri İsrailin maliyyə naziri Bezalel Smotriç deyib.

Smotriçin təklifinə görə, HƏMAS təslim olmaq, silahlarını təhvil vermək və 2023-cü ilin oktyabrındakı hücumdan sonra girov saxlanılanları azad etmək üçün ultimatum alacaq:

“Əgər HƏMAS bu tələblərə əməl etməsə, İsrail hər həftə Qəzzanın bir hissəsini ilhaq edəcək və dörd həftə ərzində bölgənin böyük hissəsi tam nəzarətə keçəcək”.

Nazir bildirib ki, əvvəlcə fələstinlilər Qəzzanın cənubuna köçürüləcək, sonra İsrail şimal və mərkəzi hissələrdə blokada tətbiq edib qalan HƏMAS döyüşçülərini məğlub edəcək və sonda əraziləri ilhaq edəcək.

Smotriç planın 3-4 ay ərzində həyata keçirilə biləcəyini vurğulayıb və Baş nazir Benyamin Netanyahudan planı dərhal qəbul etməsini tələb edib.

Tarix
2025.08.29 / 12:02
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla