Yuxarı

Orta Şərqdə su böhranı pik həddə: Türkiyə və İran da...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Orta Şərqdə su böhranı pik həddə: Türkiyə və İran da...

Qlobal iqlim dəyişikliyi Orta Şərq ölkələrini ciddi susuzluqla üz-üzə qoyub. Türkiyə və İranla yanaşı, Suriyada və İraqda da quraqlıq ciddi narahatlıq yaradıb.

Axar.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian ölkədə su ehtiyatlarının “təəccüblü dərəcədə” tükəndiyini açıqlayıb: “Əgər həll yolu bilən varsa, irəli çıxsın. Bizim başqa seçimimiz yoxdur".

Beş illik quraqlıq və yüksək temperatur barajları demək olar ki, tamamilə qurudub, yeraltı su ehtiyatları isə ciddi təhlükə siqnalı verir.

Türkiyədə də vəziyyət kritikdir. Meteoroloji məlumatlara görə, 2024-2025-ci su ilində ölkə üzrə yağışlar son 52 ilin ən aşağı səviyyəsinə düşüb. Quraqlıq kənd təsərrüfatına ağır zərbə vurub.

Ekspertlər xəbərdarlıq edirlər ki, su böhranı yalnız kənd təsərrüfatını deyil, həmçinin tekstil, ərzaq sektorlarını və enerji resurslarını da təhlükəyə atır. Eyni zamanda quraqlıq sosial narahatlıq, miqrasiya və regional sabitliyin pozulmasına səbəb ola bilər.

Suriyada son 10 ildə davam edən müharibə və infrastruktura vurulan ziyan quraqlığı daha da dərinləşdirib. 2023-2024-cü su ilində ölkədə yağışlar 50% az olub.

İraqda da Tigris və Fərat çaylarının səviyyəsinin azalması güney bölgələrdə torpağın duzlaşmasına və məhsuldarlığın düşməsinə səbəb olub. 2024-2025-ci su ilində ölkədə yağışlar 40% azalıb.

Ekspertlər vurğulayır ki, quraqlığın yaratdığı risklərin aradan qaldırılması üçün süni su resursları, müasir su idarəçiliyi, quraqlığa davamlı bitki növləri və regional əməkdaşlıq zəruridir.

Tarix
2025.08.31 / 08:00
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla