Yuxarı

I Avrasiya Müharibəsi başlayacaq – Şok iddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
I Avrasiya Müharibəsi başlayacaq – Şok iddia

SSRİ-nin ikinci süqutu başlayır.

Axar.az xəbər verir ki, bunu Belarus mətbuatına müsahibəsində rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib. Onun sözlərinə görə, bu proses Avrasiya məkanında daha ciddi təsirlərə şərait yaradacaq:

"Bəzi ölkələr sadəcə xəritədən itəcəklər. Bununla da Birinci Avrasiya Müharibəsi başlayacaq. Burada Rusiyaya nəsə olsa, onun bütün qonşuları avtomatik olaraq dağılacaqlar. Bəzilərində bu proses daha gec gedəcək. ABŞ məhz bu süjeti özünə hədəf götürüb. Görünür, bununla həm də avtomatik olaraq Çin problemini həll etmək istəyirlər. Əgər Rusiya öz ətrafındakı hərbi-siyasi müttəfiqlərini qorumaq istəyirsə, o zaman bu ərazilərə maliyyə yatırmalıdır. Bu yatırımlar ciddi həcmdə olmalıdır. Əks təqdirdə Moskvanın müttəfiqləri Qərbə tərəf axın edəcəklər. Bu, hətta pul ucbatından da baş verməyəcək. Sadəcə, onlar Vaşinqtonun qalib gələcəyindən və buna görə cavab verəcəklərindən qorxurlar. Çin problemlər onun sərhədlərinə yaxınlaşana qədər kənarda qalacaq. Həmin an isə onun nəsə etməyi artıq gec olacaq. Çin SSRİ-dən fərqli olaraq hesab edir ki, dünyanı yalnız iqtisadiyyatla idarə etmək olar. Rusiya artıq Amerika ilə heç bir razılaşmaya gələ bilməyəcək. Ona görə ki, Moskva çox səhvlərə yol verərək ABŞ-ın davamlı fəaliyyətinə şərait yaradıb".

Tarix
2016.07.12 / 17:28
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Alen Simonyanla müzakirə apardı - Video

İlham Əliyevin Britaniya baş naziri ilə görüşü gözlənilir

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Rumen Radevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla