Yuxarı

Rusiya bu əraziləri işğal etdi, indi “sanitar zona” yaradır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya bu əraziləri işğal etdi, indi “sanitar zona” yaradır

Dnepropetrovsk vilayətindəki döyüşlər Rusiya qoşunlarının sərhəd boyu sanitar zonalar yaratmaq taktikasının bir hissəsidir.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Vladislav Seleznev deyib.

Onun sözlərinə görə, regionda hərbi əməliyyatların intensivləşməsi Rusiyanın Ukrayna ərazisinə dərindən irəliləmək və müharibənin ümumi gedişatına təsir etmək istəyi ilə bağlıdır:

“Hələ ötən ilin mayında Putin öz ordusu üçün dəqiq vəzifə müəyyənləşdirmişdi - Rusiya ilə həmsərhəd olan ərazilərində qondarma bufer zonaları yaratmaq. O zaman söhbət Xarkov, Sum və Çerniqov vilayətlərinin ərazilərindən gedirdi.

Ancaq Rusiya konstitusiyasının yeni redaktəsinə baxsaq, görərik ki, orada Xerson və Zaporojye, eləcə də Luqansk və Donetsk vilayətləri Rusiya Federasiyasının tərkib hissəsidir - ən azından Putin və onun ətrafının xəyal etdiyi budur”

Ekspert bildirir ki, Rusiya hakimiyyəti öz məntiqinə əsaslanaraq, özünün bir hissəsi hesab etdiyi Ukraynanın vilayətləri ilə həmsərhəd olan həmin rayonların ərazilərində sanitar zona yaratmalıdır və odur ki, Dnepropetrovsk vilayətində döyüşlər təsadüfi deyil.

Tarix
2025.09.05 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla