Yuxarı

Ərdoğan Qətər əmiri ilə danışdı: İsrailə qarşı birgə addım...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan Qətər əmiri ilə danışdı: İsrailə qarşı birgə addım...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər əmiri Şeyx Təmim bin Həməd arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barəd Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatında deyilir.

Bildirilib ki, söhbət zamanı İsrailin Dohada HƏMAS hərəkatının nümayəndələrinə hücumu və buna cavab olaraq atılacaq birgə addımlar müzakirə edilib.

"Ərdoğan İsrailin münaqişəni daha da gərginləşdirmək, bölgədə gərginliyi, qeyri-sabitliyi artırmaq və dost və müttəfiq Qətərin suverenliyini açıq şəkildə pozmaq məqsədi daşıyan hücumunu pisləyib", - məlumatda vurğulanıb.

Ərdoğan bu hücum nəticəsində insan itkisi ilə bağlı başsağlığı verib və Türkiyənin Qətər və xalqını tam dəstəkləyədiyini deyib.

Hər iki lider Qəzzada insan tələfatına tez bir zamanda son qoymaq üçün birgə işləməyə davam etmək barədə razılığa gəliblər.

Tarix
2025.09.10 / 00:11
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla