Yuxarı

İndependent türk nazirə görə dünyadan üzr istədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İndependent türk nazirə görə dünyadan üzr istədi

Birləşmiş Krallığın nüfuzlu qəzetlərindən sayılan "İndependent" iqtidardakı Mühafizəkarlar Partiyasının üzvü, Londonun sabiq meri Boris Consonun xarici işlər naziri təyin olunmasına görə, bütün dünyadan üzr istəyib.

Axar.az xəbər verir ki, qəzet işçilərinin "Dünyanın geri qalanına bir mesaj: yeni xarici işlər nazirimizə görə həqiqətən üzr istəyirik", başlıqlı məktubda Consonun təyinatına görə utanc hissi keçirdikləri bildirilib.

Məktubda Consonun İngiltərə xalqı da daxil olmaqla bütün dünya liderlərini təhqir etdiyi, xarici səfərlərdə olduğu zaman uyğun olmayan şərhlər verdiyi və davranışlar sərgilədiyi xatırladılıb.

Xatırladaq ki, Mühafizəkarlar Partiyasının lideri Tereza Mey ölkənin Baş naziri seçildikdən sonra Boris Consonu Xarici İşlər naziri vəzifəsinə təyin edib. 52 yaşlı Conson Osmanlı dövründə Damad Fərid Paşa hökumətində nazir vəzifəsi tutan Əli Kamal Bəyin nəticəsidir. Conson 2008-2016-ci illərdə Londonun meri olub.

Tarix
2016.07.14 / 19:28
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Hikmət Hacıyev Alen Simonyanla müzakirə apardı - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

İlham Əliyevin Britaniya baş naziri ilə görüşü gözlənilir

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Rumen Radevlə görüşdü

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla