Yuxarı

Nepalın müvəqqəti baş naziri açıqladı: Altı ay sonra...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nepalın müvəqqəti baş naziri açıqladı: Altı ay sonra...

Nepalın yeni təyin olunan müvəqqəti Baş naziri Suşila Karki vəzifəsini altı ay ərzində yeni hökumətə təhvil verəcək.

Axar.az xəbər verir ki, bu barədə Karki açıqlamasında deyib.

Karki martın 5-də keçiriləcək seçkilərdən sonra formalaşacaq hökumətə yerini verəcəyini deyib. O, bu vəzifəni könüllü olaraq qəbul etmədiyini, xalq etirazlarının təsiri ilə razılaşdığını bildirib.

Yeni baş nazir vurğulayıb ki, "Z nəsli” hərəkatının tələbləri - korrupsiyanın aradan qaldırılması, yaxşı idarəçilik və iqtisadi bərabərlik hökumətin əsas istiqamətləri olacaq.

Suşila Karki keçmiş Ali Məhkəmə sədri olub və təmiz imici ilə tanınır. Lakin o, bu müddətdə impiçment cəhdi ilə üzləşib.

Qeyd edək ki, Karkinin təyinatı ölkədə korrupsiyaya qarşı keçirilən və 70-dən çox insanın ölümü ilə nəticələnən kütləvi aksiyalardan sonra baş tutub. Etirazlara sosial şəbəkələrin qadağan olunması səbəb olub. İki gün davam edən iğtişaşlar zamanı siyasətçilərin evləri dağıdılıb, parlament binası yandırılıb.

Tarix
2025.09.14 / 13:28
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla