Yuxarı

Putin qohumunu bu məqsədlə vəzifəyə gətirdi - Qorxur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin qohumunu bu məqsədlə vəzifəyə gətirdi - Qorxur

Vladimir Putin əmisi nəvəsi Anna Çivilevanı müdafiə nazirinin müavini, onun əri Sergey Çivilevi isə Energetika Nazirliyinə rəhbər təyin edib, çünki o, artıq bir çox rus məmurlarına etibar etmir.

Axar.az xəbər verir ki, bu barədə “Tayms” Ukrayna kəşfiyyatının hazırladığı hesabata istinadla yazıb.

Bildirilib ki, Putinin əmisi nəvəsinin Müdafiə Nazirliyində vəzifəsi idarədəki vəziyyətə nəzarət etmək və korrupsiya və sədaqətsizlik barədə prezidentə məlumat verməkdir.

Nəşrin məlumatına görə, Ukrayna Baş Kəşfiyyat İdarəsi Çivileva ilə bağlı 21 səhifəlik dosye tərtib edib. Dosye üçün məlumatlar altı ay ərzində Rusiyadakı mənbələrlə işləyən və ələ keçirilən danışıqları və ictimaiyyətə açıq məlumatları təhlil edən yeddi agent tərəfindən tərtib edilib.

Mənbələr arasında Rusiya Müdafiə Nazirliyində aparılan təmizləmələr nəticəsində maddi ziyan çəkənlər də olub.

“Putin onilliklər ərzində təhlükəsizlik elitalarına korrupsiya yolu ilə varlanmağa imkan verməklə öz hakimiyyətini möhkəmləndirsə də, indi o, oğurluğun miqyasının müharibə aparmasına mane olduğu qənaətinə gəlib. Putin dövlət orqanlarında bir neçə ailə qrupu yaradıb və Çivileva onlardan birinə rəhbərlik edir. Onun vəzifəsi iqtisadiyyatı Müdafiə Nazirliyinin ehtiyaclarına uyğunlaşdırmaq, korrupsiyanı azaltmaq və günahkarları tapmaqdır”, - nəşr kəşfiyyatın hesabatına istinadla bildirib.

Qeyd olunub ki, Çivilevanın Müdafiə Nazirliyi daxilindəki vəziyyətlə bağlı bəzi hesabatları artıq FTX tərəfindən həbslərə səbəb olub.

Sənədlərdə göstərilir ki, Çivilevanın təyinatı həm də Kremlin “Rostex”in baş direktoru Sergey Çemezovun təsirini və korrupsiya əməllərini məhdudlaşdırmaq cəhdləri ilə bağlıdır:

“Hamını bir anda həbs etmək mümkün deyil. Risk o qədər yüksəkdir ki, Çemezova və ya Şoyquya sadiq bir qrup Priqojin kimi üsyan qaldırmağa cəhd edə bilər”.

Tarix
2025.09.23 / 15:10
Müəllif
Axar.az
Digər xəbərlər

Milli Məclis Prezident və xanımını təbrik etdi

Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?

Azərbaycan bu ölkənin müstəqilliyini tanımır... - XİN

Mehdiyev Kərimli və Abbasovla bağlı sualları cavabladı

Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir

İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video

Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi

Bu ölkə ilə vizasız rejim ləğv edilir - Rəsmi

Ceyhun Bayramov özbək həmkarı ilə danışdı

Prezidentin işdən çıxartdığı başçıdan açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla