Yuxarı

Ukrayna artıq Rusiyaya güclü zərbələr endirir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna artıq Rusiyaya güclü zərbələr endirir

Əvvəllər Ukrayna demək olar ki, tamamilə Qərb müttəfiqlərinin silah idxalından asılı idi. İndi isə müharibə aparan ölkə hər il milyonlarla dron — həm böyük, həm də kiçik - və digər silah növləri istehsal edir. Onlar ilk növbədə cəbhədə istifadə olunur və bu il rusların böyük uğurlar qazanmasının qarşısını alır.

Axar.az xəbər verir ki, bu barədə “Atlantik” nəşri yazıb.

Qeyd olunur ki, Ukrayna dəniz dronlarının köməyi ilə Qara dənizi rus gəmilərindən azad edib:

“Həmçinin onlar Rusiyanın dərinliklərindəki uzaq hədəflərə zərbələr endirmək üçün də istifadə olunur. O qədər tez-tez tətbiq edilir ki, bir çox ukraynalı əmindir: zərər Moskvanı müharibəni bitirməyə məcbur edəcək qədər ciddi ola bilər.

Məsələn, bu yaxınlarda yenidən dünyanın ən iri qaz-kimya komplekslərindən biri və benzinlə dizelin mühüm mənbəyi sayılan Həştərxandakı “Qazprom” qaz emalı zavoduna zərbə endirildi. Digər zərbə isə Bryanskdakı neft kəmərinin mühüm hissəsinə dəydi. Bu optimizmi Ukrayna Pezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampa da çatdırıb. Tramp isə administrasiyasının kursunu yenidən dəyişərək bəyan edib ki, Ukrayna vuruşmaq və bütün ərazilərini ilkin vəziyyətdə geri qaytarmaq gücündədir”.

Tarix
2025.09.26 / 09:08
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla