Yuxarı

Rusiyada alkoqoldan ölüm: 8 nəfər həbs edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada alkoqoldan ölüm: 8 nəfər həbs edildi

Rusiyanın Leninqrad vilayətində saxta spirtli içkilərin yayılmasında əli olan səkkiz nəfər həbs edilib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

"Leninqrad Vilayət Prokurorluğu regionda saxta alkoqoldan zəhərlənmə ilə bağlı vəziyyətə nəzarəti davam etdirir. Slantsı və Volosovskidə ölümlə nəticələnən zəhərlənmələrə prokurorluq tərəfindən nəzarət zamanı bir sıra axtarışlar aparılıb, saxta spirtli içkilərin yayılmasında əli olan səkkiz nəfər saxlanılıb", - deyə məlumatda bildirilib.

Qurumun məlumatına görə, cinayət işi çərçivəsində 1 000 litrdən çox spirtli içki müsadirə edilib, onun regiona daxil olmasının mənbəyi müəyyənləşdirilir, şübhəlilərin barəsində qətimkan tədbirlərinin seçilməsi məsələsi həll edilir.

Xatırladaq ki, Rusiyanın Slantsı bölgəsində kustar üsulla hazırlanan saxta alkoqollu içkiyə görə azı 19 nəfər həlak olub.

Tarix
2025.09.27 / 16:17
Müəllif
Axar.az
Digər xəbərlər

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

Prezident İƏT-in yeni baş katibinə təbrik ünvanladı

Köçəryanın vətəndaşı olduğu ölkələrə xəyanəti – Video

İran Bakıda işləmiş diplomatını Qafana göndərdi

Rusiyadakı azərbaycanlıların nəzərinə - Putin tapşırıq verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla