Yuxarı

Sumud təxribatı bitdi - İsrail

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumud təxribatı bitdi - İsrail

HƏMAS-Sumud təxribat yaxtalarından heç biri aktiv döyüş zonasına daxil olmaq və ya qanuni dəniz blokadasını pozmaq cəhdində uğur qazana bilməyib.

Axar.az xəbər verir ki, bu sözləri İsrail Xarici İşlər Nazirliyi öz X səhifəsində yazıb.

“Bütün sərnişinlər təhlükəsizlikdədir və sağlamlıqları yaxşıdır. Onlar təhlükəsiz şəkildə İsrailə doğru yol alırlar, oradan da Avropaya deportasiya olunacaqlar.

Bu təxribatın son gəmisi uzaqdadır. Əgər yaxınlaşarsa, onun da aktiv döyüş bölgəsinə daxil olmaq və blokadanı yarmaq cəhdinin qarşısı alınacaq”, - açıqlamada bildirilib.

Qeyd edək ki, 37 ölkədən 200-dən çox üzvü olan 21 gəmidən ibarət Sumud donanması avqustun sonunda Barselona limanından yola çıxıb. İsrail Hərbi Dəniz Qüvvələri donanmanı ötən gün Qəzza zolağından 130-150 kilometr aralıda saxlayıb və fəalları girov götürüb.

Tarix
2025.10.02 / 16:45
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla