Yuxarı

Əsədin 42 kimyəvi zavodu var

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsədin 42 kimyəvi zavodu var

Cenevrədə Rusiya və ABŞ arasında Suriyanın kimyəvi silahlarının beynəlxalq nəzarətə götürülməsi ilə bağlı keçirilən görüşlər üç gündür davam edir. Amma tərəflərin hələ də ortaq məxrəcə gəlmədiyi bildirilir.

Türkiyə saytlarının xəbərinə əsasən, Rusiya Dumasının Beynəlxalq Əlaqələr Komissiyasının başçısı Aleksey Puşkov müharibə davam edərkən 2-3 həftə içində Əsədin 42 kimyəvi silah anbarını nəzarətə götürməyin mümkünsüz olduğunu söyləyib. Puşkov tvitter ("Twitter") sosial şəbəkəsi vasitəsilə görüşləri qiymətləndirərək, "ABŞ-ın 2-3 həftə içində kimyəvi silahları beynəlxalq nəzarətə götürməsi tələbi professional tələb deyil. Suriyada ən azı 42 başqa-başqa kimyəvi silah anbarı var. Bunların böyük hissəsi də müharibə gedən zonadadır", - yazıb.

Suriyada olan BMT mütəxəssislərinin hazırladığı hesabatın isə gələn həftə ictimaiyyətə açıqlanacağı gözlənilir. BMT rəhbəri Pan Ki Mun Suriyada kimyəvi silah olduğunu açıqlasa da, kim tərəfindən istifadə edildiyini söyləməyib. ABŞ Dövlət katibi Con Kerri Cenevrəni tərk edərək əvvəl İsrailə gedib, Baş nazir Bencamin Netanyahu ilə görüşməyi planlaşdırır. Daha sonra Parisə gedərək Fransa Xarici İşlər naziri Laurent Fabius və İngiltərə Xarici İşlər naziri ilə görüşəcək. Kerri burada Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Sayed Əl-Faysalla da görüşəcək.

Tarix
2013.09.16 / 12:56
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Beynəlxalq konfransın iştirakçıları Laçında...

Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla