Yuxarı

Qara dəniz sahilində daşqın: ölənlər var

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qara dəniz sahilində daşqın: ölənlər var

Bolqarıstanın Qara dəniz sahilində güclü leysan yağışlarının səbəb olduğu daşqın nəticəsində ölənlərin sayı dördə çatıb.

Axar.az xəbər verir ki, bu barədə Bolqarıstan mediası məlumat yayıb.

Qeyd olunub ki, təbii fəlakətə görə sahilyanı bir neçə bölgədə fövqəladə vəziyyət elan olunub. İnsanların təxliyəsi kurort zonası olan Elenitedən aparılır. Şahidlərin bildirdiyinə görə, onlarla avtomobil dənizə sürüklənib. Günəşli Sahil, Nesebr, Burqas və digər kurortlarda küçələr su altında qalıb, Tsarevoda isə infrastruktur ciddi ziyan görüb.

Bundan əvvəl Bolqarıstan Milli Hidrologiya və Meteorologiya İnstitutu Qara dənizin cənub sahillərində güclü yağış, şiddətli külək və dənizdə dalğalanmaya görə narıncı təhlükə səviyyəsi elan etmişdi. Qısa müddətdə bəzi rayonlara 250 millimetr, ayrı-ayrı yerlərə isə 400 millimetrədək yağıntı düşüb.

Tarix
2025.10.04 / 19:00
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla