Yuxarı

Putinə qeyri-adi hədiyyə: Erotik təqvim və mesajlar...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinə qeyri-adi hədiyyə: Erotik təqvim və mesajlar...

Rusiya Prezidenti Vladimir Putin müxtəlif illərdə ad günü hədiyyəsi olaraq kristal timsah, özü haqqında zarafatlar toplusu, erotik təqvim və digər qeyri-adi hədiyyələr alıb.

Axar.az xəbər verir ki, bu barədə Kremlə yaxınlığı ilə seçilən jurnalist Aleksandr Yunaşev Teleqram kanalında paylaşım edib.

O xatırladıb ki, 2008-ci ildə Putinə “Maşa” adlı Sibir pələnginin balası hədiyyə edilib.

Yunaşevin sözlərinə görə, 2010-cu ildə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri Putin üçün üzərində müxtəlif mesajları əks etdirən 2011-ci ilin erotik təqvimini yaradıblar.

2017-ci ildə İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Rusiya prezidentinə Vasili Blajenni kilsəsi və Kolizey fonunda onların təsviri olan yorğan örtüyü hədiyyə edib. Elə həmin il Rusiya lideri Türkmənistan rəhbərindən “Vernı” ləqəbli albay iti alıb.

Yunaşevin sözlərinə görə, “ən ağır hədiyyə” Aleksandr Lukaşenkonun 2022-ci ildə təqdim etdiyi Belarus traktoru olub.

Qeyd edək ki, oktyabrın 7-də Rusiya prezidentinin 73 yaşı tamam olub.

Tarix
2025.10.07 / 20:08
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Vurulan gəmidə azərbaycanlılar var idi - Zelenski

Azərbaycana qarşı kampaniya... - AKP-çi yazdı

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Kılıç

Paşinyan Musayevə görə onu işdən qovdu

Estoniya XİN başçısı Azərbaycana gəlir

Məktəblərdə hicabı qadağan edən türk ölkələri - Siyahı

Əliyevin büstünə görə erməni məhkəməyə çıxarılır

Prezident xanım səfiri qəbul etdi - Foto

Prezidentlə görüşdə Azərbaycan dilində danışdı - Foto

İsraildə bayraqlar yarıya endirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla