Yuxarı

İrandan tələb edildi: Bu adaların işğalından əl çək!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrandan tələb edildi: Bu adaların işğalından əl çək!

Körfəz Əməkdaşlıq Şurası və Avropa Birliyinin xarici işlər nazirləri İrandan Birləşmiş Ərəb Əmirliklərinə aid olan üç adanın işğalına son verməsini tələb ediblər.

Axar.az xəbər verir ki, bu haqda nazirlərin birgə bəyanatında bildirilib.

“Körfəz Əməkdaşlıq Şurasının Nazirlər Şurası və Avropa Birliyinin xarici işlər nazirləri İranın Birləşmiş Ərəb Əmirliklərinə aid Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adalarının işğalını davam etdirməsini pisləyir və buna son verməsini tələb edir”, - birgə bəyanatda qeyd olunub.

Bəyanatın yayılmasından sonra İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai Böyük və Kiçik Tunb və Əbu Musa adalarını “İranın ayrılmaz hissəsi” adlandırıb və bununla bağlı iddiaların təkrarlanmasını pisləyib.

Məsələ ilə bağlı Avropa Birliyi ölkələrinin səfirləri və diplomatik nümayəndələri də İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Tarix
2025.10.08 / 16:43
Müəllif
Axar.az
Digər xəbərlər

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla