Yuxarı

İrana yaxın qruplaşma pakistanlı jurnalisti öldürdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrana yaxın qruplaşma pakistanlı jurnalisti öldürdü

İrana yaxın "Ləşgər-i Sarullah" (Allahın qisas ordusu) adlı şiə silahlı qruplaşması bir müddət əvvəl İsrailə səfər edən pakistanlı jurnalist İmtiyaz Mirin qətlinə görə məsuliyyəti öz üzərinə götürüb.

Axar.az xəbər verir ki, bu haqda "Media line" məlumat yayıb.

Məlumata görə, Mir keçən həftə Kəraçidə evinin yaxınlığında motosikletdə olan iki naməlum şəxs tərəfindən güllələnib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Pakistanın təhlükəsizlik rəsmilərinin sözlərinə görə, "Ləşgər-i Sarullah" İran mənşəlidir və Tehranın maraqlarına uyğun ideologiya ilə fəaliyyət göstərir.

Qeyd edək ki, tanınmış jurnalist İmtiyaz Mir 2023-cü ildə İsrailə səfər edib və İsraildən, xüsusən Qüds, Əqsa məscidindən hazırladığı reportajı yayımladıqdan sonra radikal şiə qruplaşmalarının hədəfində olub, öldürüləcəyi ilə hədələnib.

Tarix
2025.10.10 / 16:52
Müəllif
Axar.az
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla