Yuxarı

Axar.Az Logo carnation

Ötən gün Rusiyanın hücumunun qarşısı niyə alınmayıb?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ötən gün Rusiyanın hücumunun qarşısı niyə alınmayıb?

Əlverişsiz hava şəraiti ötən gecə Rusiyanın kütləvi hücumuna cavab verərkən Ukrayna hava hücumundan müdafiə vasitələrinin effektivliyinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski brifinqdə bildirib.

Zelenski qeyd edib ki, Rusiyanın həmin gecəki kütləvi zərbəsinin əsas səyləri Ukraynanın 4 vilayətinə yönəlib:

"Bu, ilk belə hal deyil. İnanıram ki, hava şəraiti bizim efektliyimizi təxminən 20-30 faiz azaldıb”.

Qeyd edək ki, ötən gecə ruslar Ukraynaya kütləvi şəkildə raket və dron zərbəsi endiriblər. Konkret olaraq, Hərbi Hava Qüvvələrinin radiotexniki qoşunları 497 hava desant hücumu silahını (32 raket və 465 müxtəlif təyinatlı PUA) aşkar edərək izləyib.

Hücum nəticəsində Kiyev, Donetsk, Çerniqov, Çerkassı, Xarkov, Sum, Poltava, Odessa və Dnepr vilayətində yüz minlərlə istehlakçı işıqsız qalıb.

Tarix
2025.10.10 / 23:04
Müəllif
Axar.az
Digər xəbərlər

Çin Rusiya üzərində qiymət təzyiqini artıracaq – Şərh

Kazana uçan təyyarə Bakıda eniş etdi - Səbəb

Bu, Bakının mühüm jestidir - Rubio

Qanlı 20 Yanvardan 36 il ötür

Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım

Azərbaycan Pakistana başsağlığı verdi

Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto

Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görüldü

İlham Əliyev ÜST-ün baş direktoru ilə görüşdü

Trampın “Yeni BMT”sinə üzvlük haqqı... - Bakı da qoşulacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla