Yuxarı

Ankoric görüşü: Tramp Putinə səsini qaldırıb...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ankoric görüşü: Tramp Putinə səsini qaldırıb...

ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə Alyaskanın Ankoric şəhərində baş tutan görüşü gərgin anlarla yadda qalıb. Məlumata görə, Tramp danışıqlar zamanı bir neçə dəfə səsini qaldırıb və hətta görüşü dayandırmaqla hədələyib.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, görüş əvvəlcə səmimi şəkildə - əl sıxma və Trampın geniş təbəssümü ilə başlayıb. Lakin qapalı qapılar arxasında isti atmosfer tezliklə soyuyub:

“Rusiya lideri ABŞ-ın sanksiyaların yumşaldılması müqabilində atəşkəsin elan olunması təklifini rədd edib. Danışıqlarda yalnız hər iki tərəfdən bir neçə müşavir iştirak edib. Putin müharibənin yalnız Moskvanın tələbləri yerinə yetirildikdə başa çata biləcəyini vurğulayıb. Görüş zamanı Putin rus tarixi fiqurlarından - Ryurik, Yaroslav Mudrıy və XVII əsr kazak atamanı Boqdan Xmelnitskidən də bəhs edib. Bu məqam Trampı çaşdırıb, o bir neçə dəfə səsini qaldırıb və danışıqları tərk edəcəyini bildirib. Nəticədə Tramp görüşü yarımçıq saxlayıb və əvvəlcədən planlaşdırılmış işgüzar naharı ləğv edib”.

Qeyd edək ki, bu ilin avqustun 15-də Alyaskanın Ankoric şəhərində ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilmişdi.

Tarix
2025.10.17 / 17:01
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla