Yuxarı

Rusiya ABŞ-la təmaslara hazırdır - Zaxarova

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya ABŞ-la təmaslara hazırdır - Zaxarova

Moskva Rusiya-ABŞ dialoqunun parametrlərini dəqiqləşdirmək məqsədi ilə Dövlət Departamenti ilə təmaslara hazırdır.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

“Xarici İşlər Nazirliyi də öz növbəsində Rusiya və ABŞ prezidentləri arasında 16 oktyabr tarixində baş tutan telefon danışığı zamanı əldə edilən anlaşmaları yerinə yetirmək üçün ABŞ Dövlət Departamenti ilə davamlı əlaqələrə açıqdır. Məqsəd həm ikitərəfli münasibətlərin müxtəlif aspektləri, həm də Ukrayna münaqişəsinin həlli istiqamətində atılacaq birgə addımlar barədə Rusiya-Amerika dialoqu üçün əlavə parametrləri dəqiqləşdirməkdir”, - Zaxarova bildirib.

Qeyd edək ki, oktyabrın 22-dən 23-nə keçən gecə ABŞ Maliyyə Nazirliyi Rusiyanın Ukrayna münaqişəsinin sülh yolu ilə həllində kifayət qədər marağı olmadığına görə iki aparıcı neft şirkəti olan “Rosneft” və “Lukoyl”a yeni sanksiyalar tətbiq edib.

Tarix
2025.10.23 / 14:24
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla