Yuxarı

MİT-in ifşa etdiyi casus şəbəkəsi: Ərdoğana verilən gizli ad...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
MİT-in ifşa etdiyi casus şəbəkəsi: Ərdoğana verilən gizli ad...

İstanbul Baş Prokurorluğu Milli İstehbarat Təşkilatı (MİT) ilə birgə Mİ6 və CİA-ya işləyən böyük casus şəbəkəsini ifşa edib.

Axar.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Əbdürrəhman Şimşək məlumat yayıb.

O bildirib ki, istintaq casusluq ittihamı ilə həbs edilən iş adamı Hüseyn Günün ögey oğlunun şikayəti əsasında başlayıb.

İstintaq H. Gününün Böyük Britaniya və ABŞ üçün agent kimi fəaliyyət göstərdiyini və Türkiyədəki seçki proseslərinə müdaxilə etdiyini müəyyən edib.

2025-ci il iyulun 4-də həbs edilən İngiltərə və Türkiyə vətəndaşı olan H.Gününün telefonunun yoxlanılmasında ingilis kəşfiyyatçıları ilə yazışmaları, şifrəli rabitə proqramları və türkiyəli nazirlərin gizli fotoları aşkarlanıb.

Onun britaniyalı kəşfiyyatçı Kristofer Pol Makqratla (C.P.M.) əlaqələri olduğu müəyyən edilib. Onların “Wickr” proqramı vasitəsilə gizli mesajlar mübadiləsi apardıqları məlum olub. Günün əlyazma qeydlərində FETÖ/PDY-nin İngiltərə imamı Mustafa Özcanla üzbəüz görüşlər zamanı aldığı təkliflər yer alıb. Eyni zamanda onun telefon kontaktında Mİ6, CİA və MOSSAD-a bağlı adlara da rast gəlinib.

H.Gün və Kristofer P.M arasında Vatsap yazışmaları da əldə edilib. Gün adıçəkilən kəşfiyyatçıya yazdığı mesajda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı “Sublime” (Əzəmətli) kod adı ilə təqdim edib.

Onun mesajında “Əgər “Sublime”nin İngiltərədəki fəaliyyətləri ilə bağlı kəşfiyyat məlumatı verə bilsəniz faydalı olar” yazdığı ortaya çıxıb.

Bundan başqa, Kristoferin uzaqdan və gizli şəkildə Türkiyənin keçmiş ədliyyə naziri Əbdülhəmid Gül, keçmiş iqtisadiyyat naziri Nihad Zeybəkçi, keçmiş daxili işlər naziri Süleyman Soylu və prezidentin müşaviri Mücahid Arslanın da fotolarını çəkdiyi bəlli olub.

Tarix
2025.10.25 / 15:29
Müəllif
Samir Soltanov
Digər xəbərlər

"Azər" yoxsa "Azəri"? - Millət vəkilindən mühüm şərh

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla