Son görüşümdə Azərbaycan ərazisinə səfər etdim - Qriqoryan
19:02
| Ana səhifə Planet |
|
ABŞ Prezidenti Donald Tramp İsrail Prezidenti İshaq Hersoqdan İsrailin Baş naziri Benyamin Netanyahunun tam əfv edilməsini istəyib.
Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“Mən bununla sizi müharibə dövrünün nəhəng və qətiyyətli baş naziri olmuş və indi İsraili sülh dövrünə aparan Benyamin Netanyahunu tamamilə əfv etməyə çağırıram.
İsrail ədliyyə sisteminin müstəqilliyinə və onun tələblərinə tamamilə hörmətlə yanaşsam da, uzun müddət mənimlə birgə mübarizə aparmış Bibiyə qarşı işin siyasi, əsassız təqib olduğuna inanıram”, - Tramp məktubda yazıb.
Qeyd edək ki, Benyamin Netanyahu Donald Trampın birinci prezidentliyi zamanı başlayan üç ayrı işdə fırıldaqçılıq, rüşvətxorluq və etibarın pozulması ittihamları ilə üzləşib.
|
Tarix
2025.11.12 / 17:14
|
Müəllif
Sevgi İsmayılbəyli
|