Yuxarı

Azərbaycanlı qardaşlarımızla bu faciəvi hadisəni... - Ərdoğan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı qardaşlarımızla bu faciəvi hadisəni... - Ərdoğan

Biz əvvəlcə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə, sonra isə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə telefonla danışdıq. Millətimizlə bərabər azərbaycanlı qardaşlarımızı və gürcü dostlarımızı da dərindən kədərləndirən bu faciəvi hadisəni hərtərəfli araşdırırıq. Gürcüstanın hökumət orqanları bu prosesdə ən yüksək səviyyədə yardım və əməkdaşlığı təmin edir. Eynilə, azərbaycanlı qardaş və bacılarımız da hər cür dəstək və töhfələr verirlər.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Millətim arxayın ola bilər ki, Türkiyə, Gürcüstan və Azərbaycanın bütün imkanları qəhrəmanlarımız üçün səfərbər olunub. Sahə əməliyyatlarını gündəlik olaraq izləyirik. Biz lazımi araşdırmaların ciddi şəkildə aparılmasını və hadisənin bütün aspektlərinin tam aydınlaşdırılmasını təmin edəcəyik.

Milli Müdafiə Nazirliyimiz və Rabitə Nazirliyimiz mütəmadi olaraq ictimaiyyəti məlumatlandırır və bunu davam etdirəcək. Xalqımızı yalana, manipulyasiyaya və dezinformasiyaya qarşı ayıq olmağa çağırıram. Mən onları, xüsusən də sosial şəbəkələrdə, belə bir hadisədən çirkli siyasi maraqlar üçün istifadə edəcək qədər alçalan şəxslərə inanmamağı tövsiyyə edirəm”, - Ərdoğan əlavə edib.

Qeyd edək ki, dünən Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 hərbi yük təyyarəsi Gürcüstan üzərində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 əsgərin hamısı həlak olub.

Tarix
2025.11.12 / 18:11
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Yeni başçı kollektivə təqdim olundu

Son görüşümdə Azərbaycana səfər etdim - Qriqoryan

Şəhidlərin nəşlərinin tapılma anı – Video

Ölkədə tarif güzəştləri genişləndiriləcək

Bu qazların emissiyalarının azaldılması ilə bağlı qərar

Naxçıvanın baş naziri vəzifəsindən azad edildi

Ərazi bütövlüyümüz belə bərpa olunmalıdır - Paşinyan

Mehdiyev işində mühüm detal: Yeni şübhəlilər var...

Azərbaycan, Gürcüstan və Türkiyə araşdırma qrupu yaratdı

Bəzi məmurlar ciblərini güdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla