Rüstəm Umerov Hakan Fidanla görüşdü
00:18
| Ana səhifə Planet |
|
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Türkiyə rəsmiləri ilə əsirlərin mübadiləsi və müdafiə sahəsində əməkdaşlığı müzakirə etmək üçün görüşlər keçirib.
Axar.az xəbər verir ki, bu barədə Umerov Teleqram hesabında məlumat verib.
“Bu gün Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və Prezident Rəcəb Tayyib Ərdoğanın xarici siyasət məsələləri üzrə müşaviri Akif Çağatay Kılıçla görüşlərimiz olub”, - Umerov bildirib.
Onun sözlərinə görə, danışıqlar zamanı iki əsas istiqamət müzakirə olunub - əsirlərin mübadiləsi, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq.
|
Tarix
2025.11.12 / 22:54
|
Müəllif
Axar.az
|