Yuxarı

Ukrayna uzunmüddətli müharibəyə hazırlaşır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna uzunmüddətli müharibəyə hazırlaşır

Donetsk vilayətinin Pokrovsk şəhəri Rusiya qüvvələrinin təzyiqi altında itirilmək riski ilə üz-üzədir. Eyni zamanda Moskva qış mövsümü ərəfəsində Ukraynanın enerji infrastrukturuna hücumları artırır. Mövcud vəziyyət fonunda nə Kiyev, nə də Moskvanın yaxın zamanda sülh sazişinə nail olacağı gözlənilmir.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Nəşr qeyd edir ki, Rusiya ordusunun irəliləyişi yavaş templə və böyük itkilərlə müşayiət olunur, buna baxmayaraq, hər iki tərəf əhalini və iqtisadiyyatı daha bir neçə il davam edə biləcək müharibəyə hazırlayır:

“Ukraynada müxtəlif ölçülü yüzlərlə silah istehsalı şirkəti fəaliyyət göstərir. Ekspertlər 2025-ci ildə ölkədə dron istehsalının 4 milyona çata biləcəyini, kifayət qədər xarici maliyyə təminatı olarsa, bu rəqəmin iki dəfə artmasının mümkünlüyünü bildirirlər”.

“Chatham House Ukraine” mərkəzinin əməkdaşı Yaroslava Barbieri qeyd edib ki, müharibənin uzanması çoxsaylı ukraynalılar üçün hərbi xidmətin “cəbhəyə bir istiqamətli bilet” kimi qəbul olunmasına səbəb olub.

Onun sözlərinə görə, komandanlıq uzun müddət xidmət edən təcrübəli hərbçiləri tərxis etməyə tələsmir.

“Röyters” xatırladır ki, işğalın əvvəlində çağırışçılar və könüllülər müharibə bitənədək qüvvədə olan müddətsiz müqavilələr imzalayırdı. Hazırda yeni hərbçilərin təxminən beş il xidmət edəcəyi, tərxis olunduqdan sonra isə ən azı bir il müddətinə yenidən orduya çağırılmayacağı müzakirə edilir.

Agentliyin məlumatına görə, dron istehsalının inkişafı ilə kəsiri kompensasiya etmək səyləri hələ də yetərli olmadığı üçün Ukrayna ordusunun bəyan etdiyi hədəflərə çata biləcəyi şübhə altındadır.

Tarix
2025.11.14 / 14:00
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq

Bakı və İrəvan doğru siyasət yürüdür - Papuaşvili

Rusiya vurdu, səfirliyimizə ciddi ziyan dəydi - Video

Bakı məlumat verdi, türk polisi əməliyyat keçirdi - Video

Dövlət idarəçiliyində əsas ölçü meyarı xalqın maraqlarıdır

Mehdiyevlə bağlı gündəmi silkələyəcək ssenari...

Prezident AİB nümayəndə heyətini qəbul etdi

Gizlətmirəm, İlham Əliyevlə bunu müzakirə etdik - Paşinyan

Prezident konfrans iştirakçılarına müraciət ünvanladı

“İsgəndər” qalıqları Azərbaycan səfirliyinin binasına düşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla