Yuxarı

III Çarlz Britaniyanın ən yaşlı beşinci monarxı oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
III Çarlz Britaniyanın ən yaşlı beşinci monarxı oldu

Böyük Britaniya kralı III Çarlz ölkə tarixinin ən yaşlı beşinci monarx olub.

Axar.az xəbər verir ki, bu barədə monarxın 77 yaşının tamam olması münasibətilə BBC-nin yayımladığı materialda bildirilib.

Qeyd olunub ki, III Çarlz 1760-cı ildə 77 yaşına bir neçə gün qalmış ölən II Corcu bu yaxınlarda qabaqlayıb.

Britaniya tarixində III Çarlzdan daha yaşlı monarxlar onun anası II Yelizaveta (96 yaş), kraliça Viktoriya (81 yaş), III Corc (81 yaş) və taxtdan imtina etmiş VIII Edvard (77 yaş) olub.

Kral doğum gününü kraliça Kamillanın müşayiəti ilə Cənubi Uelsdə qeyd edir. O, yaradılmasının 200-cü ildönümünü qeyd edən Uelsdəki Kifartfa qalasında onun üçün hazırlanmış tortun üzərindəki şamları üfürəcək. Doğum günü ilə əlaqədar III Çarlzın şərəfinə toplardan 41 dəfə atəş açılıb.

Tarix
2025.11.14 / 21:34
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın notasına cavab verdi

Əliyevdən Zelenskiyə: Bu cür hücumlar qəbuledilməzdir!

Səfirliyə hücum: Zelenski İlham Əliyevə zəng etdi

Azərbaycan Rusiyaya nota verdi

İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq

Bakı və İrəvan doğru siyasət yürüdür - Papuaşvili

Rusiya vurdu, səfirliyimizə ciddi ziyan dəydi - Video

Bakı məlumat verdi, türk polisi əməliyyat keçirdi - Video

Dövlət idarəçiliyində əsas ölçü meyarı xalqın maraqlarıdır

Mehdiyevlə bağlı gündəmi silkələyəcək ssenari...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla