Yuxarı

Çinin şok qızıl əməliyyatı: 5 min ton...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çinin şok qızıl əməliyyatı: 5 min ton...

Çin tərəfindən həyata keçirilən qeyri-rəsmi qızıl alışları rəsmi göstəricilərdən 10 dəfə çox ola bilər.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” nəşri yazıb.

Qeyd olunur ki, Çin ABŞ dollarından asılılığı azaltmağa çalışır və bu, qiymətli metalın rekord səviyyədə bahalaşmasına səbəb olur:

“Rəsmi məlumatlara görə, Çin Mərkəzi Bankı bu il ayda cəmi 1,9–2,2 ton qızıl alıb, lakin bazarda bu rəqəmlərə inanan çox azdır. “Société Générale” analitikləri Çin üzrə real alışların 2025-ci ildə 250 tona çata biləcəyini hesablayırlar, bu isə dünya üzrə mərkəzi bankların ümumi tələbatının üçdə birindən çoxdur.

Alışların qeyri-şəffaf olması qiymətlərin proqnozlaşdırılmasını çətinləşdirir. “Carlyle” şirkətinin enerji strategiyaları üzrə baş strateqi Ceff Karri bildirib ki, Çin qızılı dedollarizasiya strategiyasının bir hissəsi kimi alır və neftdən fərqli olaraq, qızılın tədarükünü peyklərlə izləmək mümkün deyil.

Treydlər alternativ məlumat mənbələri axtarırlar: məsələn, İsveçrə və ya Cənubi Afrikadan 400 unsiyalıq iri qızıl külçələrinə verilən sifarişlər, hansılar ki, sonradan Çinə göndərilir. Bəzi ekspertlərin fikrincə, Çinin faktiki qızıl ehtiyatları rəsmi rəqəmlərdən iki dəfə çox — təxminən 5000 ton ola bilər.

Son illərdə mərkəzi banklar böyük həcmdə qızıl alırlar və bu da qiyməti bir unsiya üçün 4300 dollardan yuxarı qaldırıb. ABŞ-dan kənar ölkələrin dünya ehtiyatlarında qızılın payı 10%-dən 26%-ə yüksələrək dollardan sonra ikinci ən böyük ehtiyat aktivinə çevrilib”.

Tarix
2025.11.15 / 07:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İran yenə Ermənistanla bağlı “qırmızı xətt”indən danışdı

Zaur Şiriyev İrəvanda: Biz orta gücük!

Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - Müraciət

Azərbaycan qazı AB-nin daha iki ölkəsinə çatdı - Əliyev

Azərbaycan və Türkiyə hərbçiləri arasında müzakirə...

İlham Əliyev Kaya Kallası qəbul etdi

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

Prezident bu sazişi təsdiqlədi

İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır

Ceyhun Bayramov Kaya Kallasla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla