Yuxarı

ABŞ-ın sülh planı: Ukrayna çox çətin tələyə düşüb...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın sülh planı: Ukrayna çox çətin tələyə düşüb...

ABŞ-ın hazırladığı 28 bəndlik sülh planı barədə dəqiq fikir bildirmək çətin olsa da, mediada müxtəlif iddialar səslənir və tərəflər arasında müəyyən müzakirələrin getdiyi ehtimal olunur. Hazırkı hərbi və siyasi mənzərəni nəzərə aldıqda, təkliflərin reallığa uyğunluğu və tərəflərin kompromisə hazırlığı sual altındadır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə ABŞ-ın Ukrayna münaqişəsinin həlli üçün hazırladığı plan ətrafında gedən müzakirələrdən danışarkən deyib.

Onun sözlərinə görə, müharibənin aktiv fazası Pokrovsk istiqaməti də daxil olmaqla müxtəlif cəbhə xəttlərində davam edir və bu şəraitdə tərəflərin qarşılıqlı güzəştlərə getməsi çətin görünür:

“ABŞ tərəfindən Ukraynaya bəzi mövqelərdən geri çəkilmək və Zaporojye ilə Xersonun bir hissəsinin Rusiyanın nəzarətinə keçməsinə razılıq vermək kimi variantların irəli sürüldüyü iddia edilsə də, Kiyev bu şərtləri qəbuledilməz hesab edir. Bu isə danışıqların dalana dirənməsinə səbəb olur.

Plan həm də ABŞ-ın öz maraqlarını əks etdirə bilər. Avropa ölkələrinin narahatlığı da təsadüfi deyil – çünki onların iştirakı olmadan əldə olunacaq razılaşma Avropa Birliyinin strateji maraqlarına uyğun olmaya bilər”.

Vəlizadə qeyd edib ki, mürəkkəb geosiyasi fon Ukraynanın daxili siyasi atmosferinə də təsir edir:

“Xüsusilə antikorrupsiya tədbirləri zamanı prezident administrasiyasının aparıcı şəxslərinin adlarının hallanması vəziyyəti daha da gərginləşdirir.

Baş verən hadisələr göstərir ki, Ukrayna çox çətin bir tələyə düşüb və bu vəziyyətdən çıxmaq asan olmayacaq. Eyni zamanda Rusiyanın iqtisadi vəziyyəti də zəifləməkdədir. ABŞ-ın Rusiyanın aparıcı şirkətlərinə, o cümlədən “Rosneft” və “Lukoyl”a tətbiq etdiyi sanksiyalar artıq təsirini göstərməyə başlayıb və qarşıdakı aylarda bu təsirin daha da güclənəcəyi gözlənilir.

Bununla belə, Rusiya hesab edir ki, onun vaxt üstünlüyü var. Müqayisə etsək, hazırda Rusiya üçün vəziyyət Ukraynaya nisbətən daha uyğun görünür. Çünki döyüşlərin əsas, daha ağır mərhələsi Ukraynanın öz ərazisində gedir.

Düşünürəm ki, yaxın aylarda – ən azı 3–4 ay ərzində bölgədə ciddi dəyişikliklər gözlənilmir və müharibənin davam etməsi ehtimalı yüksək olaraq qalır”.

Tarix
2025.11.21 / 08:00
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

“Qurdlar Vadisi”nin ssenaristləri 2 saatdan çox ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atıb - Rəsmi

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

Tiktokda ödəniş sistemlərini təqlid edən saytlar aşkarlandı

DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu

Razılaşma mətni: Zəngəzurdan Naxçıvana keçid necə olacaq?

Hakan Fidan Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla